“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandadan ayrılan Məsut Özillə bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Arteta, Məsutun gedişinə kədərləndiyini bildirib:
“Özil artıq Türkiyədədir. Tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Transfer həll olunan kimi məlumat veriləcək. Özil kimi futbolçuların “Arsenal”dan belə ayrılmasını görmək kədərlidir”.
Özil Türkiyənin “Fənərbaxça” klubu ilə anlaşıb.