“Arsenal”ı digər Premyer Liqa klubuna dəyişdi

London “Arsenal”ı ilə yollarını ayıran Denni Uelbekin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, İngiltərənin digər klubu “Uotford”a transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik futbolçu Premyer Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.

2014-cü ildən “Arsenal”da çıxış edən Uelbek daha öncə “Mançester Yunayted”, “Sanderlend” və “Preston” klublarında da forma geyinib. 28 yaşlı forvard geridə qalan mövsümdə “Arsenal”ın heyətində 14 oyuna 5 qol vurub. O, 2011-ci ildən formasını geyindiyi İngiltərə millisində 42 oyun keçirib, 16 qolla yadda qalıb.