“Arsenal”dan Quliyevsiz qələbə

Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Zədəli olan Quliyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Arsenal” geridə qalan 8 turda 8 xal toplayıb və 16 kollektiv arasında 13-cüdür.