“Arsenal” ona 5 illik müqavilə təklif edəcək

İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Matteo Genduzi ilə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu Genduzinin xidmətindən razıdır. “Topçular” 20 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək. Klubun Genduziyə 5 illik müqavilə təklif edəcəyi deyilir.

Tərəflər arasında danışıqların yaxın zamanda başlanacağı gözlənilir.

Futbolçunun “Arsenal”la hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub. O, cari mövsümdə 32 oyunda iştirak edib.