“Arsenal”ın “üsyan edən” futbolçusu “Renn”də?

İngiltərənin “Arsenal” klubundakı gələcəyi naməlum olan Loran Koselni karyerasını Liqa 1-də davam etdirməyə yaxındır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki,”topçular”la birlikdə yeni mövsümə hazırlıq çərçivəsində ABŞ-a getməkdən imtina edən və klubdan ayrılmaq istədiyini bildirən futbolçu, “Renn”in transfer hədəfindədir. Artıq London klubunun şərəfini qorumaq istəməyən 33 yaşlı futbolçu, “Renn”lə şəxsi razılığa gəlib.

Fransa klubunun artıq rəsmi danışıqlara start verdiyi, Londonda “Renn”in prezidenti, “Arsenal”ın idman direktoru Edu Qaspard və futbolçunun menecerinin iştirak etdiyi görüşün keçirildiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button