“Arsenal”dan ayrılan futbolçunun yeni ünvanı bilindi

Bir müddət əvvəl İngiltərənin “Arsenal” klubundan ayrılan Sokratis Papastatopulosun yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, yunanıstanlı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Sokratisin “Olimpiakos”a keçəcəyi bildirilir. O, yeni klubuna azad agent kimi qoşulacaq.

32 yaşlı yunan futbolçu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq. İllik qazancı 2,5 milyon avro təşkil edəcək müdafiəçinin anlaşması 2022-ci ilə qədər olacaq.

“Arsenal” Sokratislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.