“Arsenal”da yeni müqavilə

İngiltərənin “Arsenal” klubu braziliyalı hücumçusu Qabriel Martinelli ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. Lakin anlaşmanın dəqiq müddəti və digər detalları barədə açıqlama verilməyib.

Bu mövsüm “Arsenal”la müxtəlif turnirlər çərçivəsində 26 oyuna çıxan Martinelli 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button