“Arsenal”da yeni müqavilə

İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Məhəmməd Elneni ilə müqavilə yeniləyib.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Misirli futbolçu 2016-cı ildən “Arsenal”da çıxış edir. O, bu komandada meydana çıxdığı 147 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.