“Arsenal”da yeni məşqçi

“Arsenal”ın əsas komandasının məşqçilər korpusuna daha bir mütəxəssis cəlb olunub.

Komanda.az xəbər verir ki, isveçli məşqçi Freddi Yunqberq yeni mövsümdən “topçular”ın çalışdırıcısı Unay Emerinin köməkçisi kimi fəaliyyətə başlayacaq. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Yunqberq “Arsenal”ın gənclərdən ibarət komandasını çalışdırırdı. Daha öncə “Volfsburq”da da köməkçi-məşqçi kimi fəaliyyət göstərən Freddi, London təmsilçisinin U-23 komandasına 2018-ci ildən rəhbərlik edirdi.

42 yaşlı mütəxəssis futbolçu karyerası dövründə 9 il (1998-2007) “Arsenal”ın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button