Van Persidən sonra Lakazett

“Arsenal” İngiltərə Premyer Liqasının 28-ci turunda öz meydanında “Bornmut”u məğlub edib.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən görüş, “topçular”ın hücumçusu Aleksandr Lakazett üçün əlamətdar olub. Belə ki, “Bornmut”un qapısına bir qol vuran fransız forvard, Premyer Liqada ardıcıl 5 ev oyunudur ki, qol vurmağı bacarır. Lakazett “Arsenal” tarixində 5-ci futbolçudur ki, bu göstəriciyə nail olur.

28 yaşlı futbolçu həm də, Robin Van Persidən sonra ilk hücumçudur ki, Premyer Liqada ardıcıl 5 ev oyununda fərqlənə bilir. Van Persi 2004-2012-ci illər aralığında “Arsenal”ın şərəfini qoruyub.

“Arsenal” Premyer Liqada 28 turdan sonra 56 xalla 4-cü sırada qərarlaşıb.