“Arsenal”dan ayrılacaq – narazıdır

“Arsenal” klubunun futbolçusu Şkodran Mustafinin komandadakı taleyinə aydınlıq gəlib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi cari mövsümün sonunda “topçular”dan ayrılacaq. Mustafinin müqaviləni ləğv etmək üçün klubla danışıqlara başladığı bildirilir. Futbolçu daha çox oyun şansı qazanmaq üçün bu addımı atır.

Almaniyalı futbolçu 2016-cı ildən “Arsenal”ın şərəfini qoruyur.

Daha əvvəl “Arsenal”dan Məsut Özil və Sokratis Papastatopulos ayrılıb.