“Arsenal” futbolçusu Naço Monrealın müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “topçular” 32 yaşlı müdafiəçiylə bir illik yeni sözləşmə imzalayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
2013-cü ildə “Malaqa”dan transfer edilən Monrealın “Arsenal”la hazırkı müqaviləsi mövsümün sonuna qədərdir.
İspan futbolçu cari mövsümdə 15 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 4 məhsuldar ötürməylə yadda qalıb.
Monreal 22 dəfə də İspaniya millisinin formasını geyinib.