Özil qərarını verdi: “Arsenal”dan ayrılacaq?

“Arsenal”da az şans qazanan və komandadan ayrılacağı iddia edilən Məsut Özil açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, türk əsilli almaniyalı oyunçu, “Arsenal”da qalacağını deyib:

“Arsenal”la yeni müqavilə imzalayanda çox düşünmüşdüm. Bu, futbol karyeramda verdiyim ən önəmli qərarlardan idi. Məqsədim sadəcə 2 il qalmaq deyil, gələcəyimi bu komandaya təslim etmək idi. Klub da bunu istədi.

Belə çətin zamanlar olur. Ancaq bu, qaçmaq üçün bir səbəb deyil. Ən azı 2021-ci ilə qədər burdayam, getmirəm”.

“Arsenal”la 2021-ci ilə qədər müqaviləsi olan Məsut, bu mövsüm sadəcə bir oyunda forma geyinib.