Peşman deyil – “Arsenal”a keçmədiyi üçün

Uzun müddətdir adı “Arsenal”la yanaşı çəkilən, lakin London klubuna transferi alınmayan “Lion”un futbolçusu Ussem Auar açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu, Fransa klubunda qaldığı üçün xoşbəxt olduğunu bildirib:

“Klubumla uğurlu mövsüm keçirmək və itirdiyimiz xalları bərpa etmək üçün burdayam. Ən yaxşı mövsümlərimizdən birini keçirməyə çalışacağıq. Komandanı layiq olduğu yerə – Fransanın zirvəsinə qaytarmaq istəyirik.

Komandada qaldığım üçün məyusam? Əksinə, sevdiyim klubda, dostlarım və ailəmlə birlikdəyəm. Komandadan ayrılmadığım üçün peşman deyiləm”.