Villian “Arsenal”da! – rəsmi

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “topçular” mövsümün sonunda “Çelsi”dən ayrılan Villianı transfer edib. Bu barədə “Arsenal”ın rəsmi saytı məlumat yayıb.

London klubu braziliyalı futbolçu ilə 3 illik müqaviləyə imza atıb. Villian yeni komandasında 12 nömrəli formanı geyinəcək.