“Arsenal” uduzdu, “Çelsi” və “Napoli” qalib gəldi

Futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu səfərdə Fransa “Renn”i ilə üz-üzə gəlib. “Topçular” bu görüşdən məğlubiyyətlə ayrılıblar. Londonun digər təmsilçisi “Çelsi” isə öz meydanında Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edib və inamlı qələbəyə sevinib.

Almaniyanın “Ayntraxt” klubu İtaliya “İnter”i ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. İspaniya təmsilçisi “Sevilya” ilə Praqa “Slaviya”sı arasındakı ilk oyunda qapılara 4 qol vurulsa da, bu görüş də heç-heçə yekunlaşıb.

“Napoli” isə doğma meydanda “Zalsburq”u darmadağın edib.

1/8 final mərhələsinin cavab oyunları martın 14-də keçiriləcək.

Turnirin finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

7 mart

Dinamo (Zaqreb, Xorvatiya) – Benfika (Portuqaliya) 1:0
Qol: Petkoviç, 38-pen.

Ayntraxt (Almaniya) – İnter (İtaliya) 0:0

Renn (Fransa) – Arsenal (İngiltərə) 3:1
Qol: Buriqo, 42. N.Monreal, 65-öz qapısına. Sarr, 88 – İvobi, 4.

Sevilya (İspaniya) – Slaviya (Praqa, Çexiya) 2:2
Qol: Ben Yedder, 1. El Haddadi, 28 – Stox, 25. Kral, 39.

Zenit (Rusiya) – Vilyarreal (İspaniya) 1:3
Qol: S.Azmun, 35 – İborra, 33. Moreno, 64. Morlanes, 71.

Çelsi (İngiltərə) – Dinamo (Kiyev, Ukrayna) 3:0
Qol: Pedro, 17. Villian, 65. Hadson-Odoi, 90.

Napoli (İtaliya) – Zalsburq (Avstriya) 3:0
Qol: Milik, 10. Fabian, 18. Onquene, 58-öz qapısına.

Valensiya (İspaniya) – Krasnodar (Rusiya) 2:1
Qol: Rodriqo, 12; 24 – Klaesson, 63.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button