“İnter”lə “Sevilya” dayandı, “Napoli”, “Çelsi” və “Arsenal” 1/4 finalda

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün keçirilən qarşılaşmalardan sonra 1/4 finala yüksələn komandaların adlarına aydınlıq gəlib.

İlk oyunda səfərdə “Renn”ə 1:3 hesabıyla məğlub olan İngiltərə “Arsenal”ı fransızları doğma azarkeşləri önündə qəbul edib və darmadağınla qalib gələrək, mərhələ adlayıb.

Digər İngiltərə təmsilçisi “Çelsi” isə ilk oyunda 3:0 hesablı qələbədən sonra Kiyev səfərinə üstün yollanıb. “Zadəganlar” səfərdə daha böyük hesabla qalib gəliblər.

Günün maraqla gözlənilən qarşılaşması Milanda keçirilib. İlk oyunda səfərdə “Ayntraxt”la qolsuz bərabərə qalan “İnter”, doğma azarkeşləri qarşısında qələbə qazanmağa çalışıb. Amma sonda sevinən tərəf almanlar olublar.

İtaliyanın digər təmsilçisi “Napoli” də səfərdə “Zalsburq”a uduzub. Amma səfərdə vurduğu 1 qol neapolluları 1/4 finala daşıyıb.

“Sevilya” səfərdə “Slaviya” ilə üz-üzə gəlib. Əlavə vaxta gedən bu oyunda Praqa təmsilçisi rəqibini məğlub etməklə gecənin sensasiyasına imza atıb.

Günün digər oyunlarında “Valensiya” “Krasnodar”ı, “Vilyarreal” “Zenit”i, “Benfika” Zaqreb “Dinamo”sunu mübarizədən kənarlaşdırmağa nail olub.

Avropa Liqası, 1/8 final, cavab oyunları

14 mart

Dinamo (Kiyev, Ukrayna) – Çelsi (İngiltərə) 0:5
Qol: Jiru, 5; 33; 59. M.Alonso, 59. Hadson-Odoi, 78.
(İlk oyun – 0:3)

Krasnodar (Rusiya) – Valensiya (İspaniya) 1:1
Qol: Süleymanov, 85 – Quedes, 90+3.
(İlk oyun – 1:2)

Zalsburq (Avstriya) – Napoli (İtaliya) 3:1
Qol: Dabbur, 25. Qulbrandsen, 65. Laytqeb, 90 – Milik, 14.
(İlk oyun – 0:3)

Arsenal (İngiltərə) – Renn (Fransa) 3:0
Qol: Obameyanq, 5; 72. Meytland-Naylz, 15.
(İlk oyun – 1:3)

Benfika (Portuqaliya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0
Qol: Jonas, 71. F.Ferreyra, 94. Qrimaldo, 105.
(İlk oyun – 0:1)

İnter (İtaliya) – Ayntraxt (Frankfurt, Almaniya) 0:1
Qol
: Yoviç, 6.
(İlk oyun – 0:0)

Slaviya (Praqa, Çexiya) – Sevilya (İspaniya) 4:3
Qol: Nqadjui, 14. Şuçek, 47-pen. Van Buren, 102. Traore, 120 – Ben Yedder, 44-pen. El Haddadi, 54. F.Vaskes, 98.
(İlk oyun – 2:2)

Vilyarreal (İspaniya) – Zenit (Rusiya) 2:1
Qol: Moreno, 29. Bakka, 47 – İvanoviç, 90.
(İlk oyun – 3:1)