33 ildən sonra ilk dəfə

Futbol üzrə İngiltərə kubokunun final qarşılaşmasında “Arsenal” “Çelsi”yə 2:1 hesabı ilə qalib gələrək, kuboku qazanıb.

Komanda.az xəbər verir ki, bu, “topçular”ın baş məşqçisi Mikel Artetanın klubdakı ilk titulu olub. Keçən ilin dekabrından komandanı çalışdıran 38 yaşlı mütəxəssis, buna ilk mövsümündə nail olub. Bununla da, Arteta, 33 ildən sonra “Arsenal”dakı birinci mövsümündəcə titul qazanan ilk mütəxəssis olub. Sonuncu dəfə belə uğuru 1986/87-ci il mövsümündə Corc Qrema qazanmışdı.

Bundan başqa, Arteta London klubunda həm futbolçu, həm də baş məşqçi kimi ölkə kubokunu qazanan ilk şəxs olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button