“Arsenal” – “Neftçi”: Biletlər satışa çıxarılır

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Tula təmsilçisi sözügedən matç üçün biletləri bu gündən etibarən satışa çıxaracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, qarşılaşmaya olan biletlərin qiymətinin Rusiya Premyer Liqasının 1-ci kateqoriyalı oyunlarına olan biletlərlə uyğun olduğu bildirilib.

“Arsenal” – “Neftçi” matçı iyulun 25-də, saat 21:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı isə avqustun 1-də keçiriləcək.