“Arsenal” “Leyptsiq”in fransızını istəyir

İngiltərənin “Arsenal” klubu “Leyptsiq”in futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Almaniya klubunun müdafiəçisi Dayot Upamekano “topçular”un transfer hədəfindədir. London klubu cari mövsümün sonunda fransalı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır. Buna səbəb isə Dayotun transfer qiymətinin mövsümün sonunda 53 milyon funt-sterlinqə düşəcəyidir.

2017-ci ildən “Leyptsiq”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button