“Mançester Yunayted”dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Çelsi” səfərdə “Kristal Pelas”la qarşılaşıb və çətin qələbəyə sevinib. “Arsenal” isə “Lester”i qəbul edib. Bu görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son turda “Sauthempton”a məğlub olan “Mançester Siti” bu turda “Nyukasl”ı sınağa çəkib və 5 cavabsız qola sevinib. Çempion “Liverpul” isə səfərdə “Brayton”un qonağı olub və turu inamlı qələbə ilə başa vurub. “Vulverhempton” səfərdə “Şeffild Yunayted”ə, “Vest Hem” isə evdə “Bernli”yə minimal hesabla uduzub.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Bornmut” – “Tottenhem” və “Everton” – “Sauthempton” matçlarında qalib müəyyənləşməyib. Səfərdə “Aston Villa” ilə qarşılaşan “Mançester Yunayted” isə turu darmadağınla başa vurub.

İngiltərə Premyer Liqası, 34-cü tur

7 iyul

Kristal Pelas – Çelsi 2:3
Qol
: Zaha, 34. Benteke, 72 – Jiru, 6. Pulişiç, 27. Abraham, 71.

Uotford – Norviç 2:1
Qol
: Dauson, 10. Uelbek, 55 – Buendia, 4.

Arsenal – Lester 1:1
Qol
: Obameyanq, 21 – Vardi, 84.

8 iyul

Mançester Siti – Nyukasl 5:0
Qol
: Q.Jesus, 10. Mahrez, 21. F.Fernandes, 58-öz qapısına. D.Silva, 65. Sterlinq, 90+1.

Şeffild Yunayted – Vulverhempton 1:0
Qol
: Eqan, 90+3.

Vest Hem – Bernli 0:1
Qol
: X.Rodriqes, 38.

Brayton – Liverpul 1:3
Qol
: Trossard, 45 – Salah, 6; 76. C.Henderson, 8.

9 iyul

Bornmut – Tottenhem 0:0

Everton – Sauthempton 1:1
Qol
: Riçarlison, 43 – İnqs, 31.

Aston Villa – Mançester Yunayted 0:3
Qol
: B.Fernandes, 27-pen. Qrinvud, 45+5. Poqba, 58.

Bombardir: Ceymi Vardi (Lester) – 22 qol.