“Arsenal” onun üçün Özillə Mxitaryanı satır

“Arsenal” “Kristal Pelas”ın futbolçusu Vilfrid Zahanı transfer etmək istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı hücumçu üçün 40 milyon funt-sterlinq təklif etsə də, “Kristal Pelas” bunu qəbul etməyib və “Arsenal”dan 80 milyon funt-sterlinq istəyib.

Maliyyə problemini aradan qaldırmaq istəyən “Arsenal” klubu Məsut Özili yüksək qiymətə satıb, Zahanı transfer etmək istəyir.

“Arsenal” Özillə yanaşı, Henrix Mxitaryanı da satışa çıxaracaq.