“Arsenal”a keçməyə razıdır

“Mançester Siti”nin hücumçusu Qabriel Jesus “Arsenal”la müqaviləyə razılıq verib.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “topçular”ın rəhbərliyi futbolçunu klubun uğurlu gələcəyi üçün vacib oyunçu olduğuna inandırıb. Lakin “Mançester Siti”nin futbolçu üçün tələb etdiyi 60 milyon avro məbləğ transferə mane ola bilər.

Jesus son mövsümdə “Mançester Siti”nin heyətində 41 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button