Qabriel Jesus “Arsenal”da – Rəsmi

“Arsenal” “Mançester Siti”nin hücumçusu Qabriel Jesusla müqavilə bağladığını açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl bildirilmişdi ki, “topçular” 25 yaşlı futbolçu üçün 45 milyon funt-sterlinq ödəyəcək, müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər olacaq.

Jesus 2021/22 il mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. O, 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi.

Bizi Telegramda izləyin