“Arsenal” “Liverpul” qarşısına onlarsız çıxacaq

“Arsenal” İngiltərə Liqa kubokunun 1/8 final mərhələsində “Liverpul”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, London təmsilçisi sözügedən qarşılaşmada Qranit Caka, David Luis, Pyer-Emerik Obameyanq və Kalum Çembersin köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Arsenal”ın baş məşqçisi Unay Emeri sözügedən futbolçuları “Liverpul”la oyunun heyətinə daxil etməyib.

Bu gün keçiriləcək “Liverpul” – “Arsenal” oyunu saat 23:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button