Öncə müqaviləni yenilədi, sonra icarəyə göndərdi – “Arsenal”

“Arsenal” futbolçusu Konstantinos Mavropanosun müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Topçular” yunan müdafiəçiylə imzalanan müqavilənin detallarını açıqlamayıb.

“Arsenal” Mavropanosu Almaniyanın “Ştutqart” klubuna icarəyə göndərib. Müdafiəçi gələn mövsümün sonuna qədər Bundesliqa klubunun formasını geyinəcək.

Mavropanos son mövsümü 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”də keçirib.