“Arsenal” artıq Bakıdadı – FOTOLAR

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri – İngiltərənin London şəhərini təmsil edən “Arsenal” klubu bu gün Bakıya gəlib.

Komanda.az xəbər verir ki, “topçular”ın heyətində 24 futbolçu yer alıb:

Petr Çex, Bernd Leno, Deyan İliyev, Pyer-Emerik Obameyanq, Məhəmməd Elneni, Matteo Günduzi, Alex İvobi, Karl Cenkinson, Sead Kolaşinats, Loran Koselni, Aleksandr Lyakazet, Stephan Liştştayner, Ensli Metlend-Naylz, Naço Monreal, Şkodran Mustafi, Eddi Nketia, Məsut Özil, Sokratis Papastatopulos, Lukas Torreyra, Co Uillok, Qranit Caka, Denni Uelbek, Bukayo Saka, Xavyer Amaeçi.

Final oyununda iki London klubu – “Çelsi” və “Arsenal” qarşılaşacaq. “Zadəganlar” Azərbaycana iki gün sonra – mayın 27-də gələcək.