Arif Əsədov Yurçeviçin köməkçisi oldu

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin köməkçiləri bəlli olub.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Mario Tokiç və Arif Əsədov milli komandada baş məşqçinin köməkçisi vəzifəsində çalışacaq.

Dmitri Kramarenko isə millinin qapıçılar üzrə məşqçisi olacaq.

Tokiç xorvatiyalıdır, Yurçeviç onu Bakıya özü ilə gətirib. Əsədov əvvəllər müxtəlif komandalarda baş məşqçi kimi çalışıb. O, “Neftçi” ilə 2010-2011 mövsümündə Azərbaycan çempionu adını qazanıb. Kramarenko isə daha əvvəl Qurban Qurbanovun rəhbərliyi dövründə də məşqçilər heyətində yer alıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button