Maradona ispanların hədəfində

Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradona İspaniyada klub çalışdıra bilər.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə “Elçe” klubu maraqlanır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Sequndada mübarizə aparan “Elçe”nin rəsmilərinin yaxın zamanda Maradona ilə əlaqələr quracağı bildirilir.

“Elçe” hazırda Sequndada 17 turdan sonra 10-cu sırada yer alıb.