“Barselona”nın “Yeni Messi” planı

Argentinanın “Veles Sarsfild” komandasının futbolçusu Matias Sule Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. 16 yaşlı oyunçunun karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.

Sule “Barselona”, “Monako”, “Yuventus”, “Mançester Siti”, “Çelsi”, “Milan” kimi klubların da diqqət mərkəzindədir. Argentinada “Yeni Messi” adlandırılan oyunçu, “Veles Sarsfild”lə müqavilə imzalamaqdan imtina edib və Avropaya üz tutacaq.

Sule, 17 yaşadək futbolçulardan ibarət Argentina milli komandasının da üzvüdür.