“Boka Xuniors” – Argentinanın “super”i

Argentina superkubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, finalda “Rosario Sentral” klubunu məğlub edən “Boka Xuniors”, Argentina superkubokunu qazanıb.

“Boka Xuniors” əsas vaxtı 0:0 hesabıyla bitən matçda, penalti vuruşlarında rəqibini üstələyib – 6:5.

“Boka Xuniors” klub tarixində ilk dəfə superkubokun qalibi olub. Argentina superkuboku 2012-ci ildən keçirilir.

“Boka Xuniors” 127 illik tarixində 27 dəfə Argentina Premyer Liqasını, 3 dəfə isə ölkə kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button