Teves üçün yeni müqavilə

Argentinanın “Boka Xuniors” klubu futbolçusu Karlos Teveslə yeni müqavilə imzalayacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçuyla bir illik sözləşmə imzalanacaq.

2018-ci ilin yanvarından “Boka Xuniors”da forma geyinən Tevesin müqaviləsi ilin sonuna qədərdir. Hücumçu yanvardan azad agent statusu daşıyacaq.

Karyerası ərzində “Mançester Yunayted”, “Yuventus”, “Vest Hem” kimi klubların formasını geyinən Teves, 76 dəfə də Argentina millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button