6-cı mərtəbədən düşdü, öldü

Argentinalı futbolçu Ezekiel Esperon vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu binanın 6-cı mərtəbəsindən yıxılıb. Təcili xəstəxanaya aparılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Faciə oktyabrın 6-da, saat 3 radələrində baş verib. Dostları ilə birlikdə binanın balkonunda partidə olan Esperon, ehtiyatsızlıqdan yerə yıxılıb və vəfat edib.

Ezekiel Meksikanın “Atlante” klubunda forma geyinirdi.