Sampaolidən Çili xalqına dəstək: “Onlar digər xalqlara da yaxşı nümunədir”

Argentinalı futbol mütəxəssisi Xorxe Sampaoli Çilidə baş verən etiraz aksiyalarına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Argentina millisinin sabiq baş məşqçisi, hazırda “Santos”u çalışdıran Sampaoli, Çili xalqına dəstək olduğunu deyib:

“Uzun zamandır edilən zülmə qarşı Çili xalqının belə bir hərəkəti təqdirəlayiqdir. Yaxşı demokratiyaya sahib olmaq üçün seçkilər zamanı səsvermədən daha artığını etməlisən. Çili xalqının necə sağlam olduğunu bilirəm. Məncə, onlar digər xalqlara da yaxşı nümunədir”.

Çili xalqı metroda gediş haqqının bahalaşmasına görə etirazlara başlayıb. 10 gündür davam edən aksiyada milyonlarla insan iştirak edib. Çilinin prezidenti Sebastian Pinera 9 nazirdən istefasını tələb edib.