Maradona Argentina klubunda – Rəsmi

Argentinalı baş məşqçi Dieqo Maradonanın yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, 58 yaşlı mütəxəssis “Gimnasiya” klubunu çalışdıracaq. Bu barədə Argentina təmsilçisinin rəsmi saytı məlumat yayıb. Maradona ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

“Gimnasiya” hazırda Argentina Super Liqasında sonuncu – 24-cü sırada qərarlaşıb.

Maradonanın son iş yeri Meksikanın “Dorados” klubu olub. O, bu ilin iyununda səhhətindəki problemlərə görə istefa vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button