Argentinada matəm elan edildi

Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə əlaqədar olaraq ölkədə üç günlük matəm elan edib.

Komanda.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşında ürək tutmasından dünyasını dəyişib.

Argentinalı əfsanəvi futbolçu karyerası ərzində “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında çıxış edib. O, Argentina yığmasının heyətində 91 matçda 34 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button