Argentina Venesuelaya, Çili Meksikaya uduzdu

Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Komanda.az xəbər verir ki, gecənin ən maraqlı görüşü Argentina və Venesuela yığmaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu görüşdə Lionel Messili Argentina yığması məğlubiyyətlə üzləşib.

Meksika – Çili matçında da qapılara 4 qol vurulub. Qələbəni isə meksikalılar bayram ediblər.

Yaponiya yığması da Kolumbiya ilə dueldən minimal hesabla məğlub ayrılıb.

Yoxlama oyunları

22 mart

Yaponiya – Kolumbiya 0:1

Cənubi Koreya – Boliviya

Uruqvay – Özbəkistan 3:0

Argentina – Venesuela 1:3

Peru – Paraqvay 1:0

Qvatemala – Kosta Rika 1:0

Meksika – Çili 3:1