“Bütün futbolçular düşünür ki, top ancaq Messiyə verilməlidir”

Argentina millisinin sabiq üzvü Mario Kempes yığmanın hazırkı durumundan danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kempes, Argentina millisinin uğursuz çıxışının səbəbinin Lionel Messidə olduğunu deyib:

“Argentina millisindəki ən böyük problemlərdən biri komandanın Messidən asılı olduğunu düşünməsidir. Bütün futbolçular düşünür ki, top ancaq Messiyə verilməlidir. Bu da oyunçularda xarakter çatışmazlığını göstərir.

Argentina millisi Messisiz nə edər? Onsuz bir komanda düşündükdə heç bir problem görmürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button