Argentina millisinin keçmiş hücumçusu reanimasiyaya yerləşdirildi

Argentina millisinin sabiq futbolçusu Leopoldo Luqe koronavirusa yoluxub.

Komanda.az Argentina mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı keçmiş futbolçunun vəziyyəti ağırlaşıb və o, xəstəxanaya aparılıb. Oksigen çatışmazlığı yaşayan Luqe reanimasiyaya yerləşdirilib.

Luqenin dekabrın 30-da verdiyi koronavirus testi pozitiv nəticələnib və o, karantinə alınıb.

Sabiq hücumçu Argentina millisində keçirdiyi 45 oyunda 22 qolla yadda qalıb. O, milli komanda ilə 1978-ci ildə dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button