Argentina millisinin sabiq futbolçusu “Lill”də

Argentina millisinin sabiq futbolçusu Nikolas Qaytanın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, son olaraq ABŞ-ın “Çikaqo Fayr” klubunda çıxış etmiş 31 yaşlı futbolçu, Fransa “Lill”inə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı yarımmüdafiəçi mövsümün sonuna qədər “Lill”in şərəfini qoruyacaq.

Karyerası ərzində “Atletiko”, “Benfika” kimi klublarda çıxış etmiş Qaytan, Argentina millisinin heyətində keçirdiyi 28 oyunda 2 qolla yadda qalıb.