“Zidan futboldan heç nə anlamır” – Argentina millisinin sabiq üzvü

Argentina millisinin keçmiş qapıçısı Huqo Qatti “Real”ın baş məşqçisi Zinəddin Zidan haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qatti, fransız mütəxəssisin futboldan anlayışının olmadığını deyib:

“Real” qələbə qazananda Zidan heç nə etmirdi. Hər şey eyni qalırdı. O, futboldan heç nə anlamır. Kluba qələbə qazandıran Kriştiano Ronaldonun, Serxio Ramosun qolları idi. Buna görə də, titullar qazandı. O, fikirlərini dəyişməlidir. Yoxsa bundan sonra daha pis nəticələr əldə edəcək”.

Zidan 2016-2018-ci illər aralığında “Real”la 3 dəfə ardıcıl Çempionlar Liqasını qazanıb. Daha sonra baş məşqçi postundan ayrılan fransız mütəxəssis, 2019-cu ilin martında yenidən “kral klubu”na qayıdıb.

“Real” hazırda La Liqada 37 turdan sonra 68 xalla 3-cü sırada qərarlaşıb.