40 il sonra

Argentina millisi Amerika kuboku turnirinin ilk oyununda Kolumbiya yığması ilə qarşılaşıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, oyunda 0:2 hesabıyla məğlub olan Argentina yığması yeni anti-rekorda imza atıb. Belə ki, Argentina millisi 40 ildən sonra ilk dəfə Amerika kubokuna məğlubiyyətlə başlayıb.

Argentina millisi sonuncu dəfə, 1979-cu ildə keçirilən Amerika kubokunun ilk turunda Boliviya yığmasına 1:2 hesabıyla uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button