“Messinin başqa bir komandada da çıxış etməsini istəyərdim”

Argentina milli komandasının sabiq futbolçusu Pablo Aymar “Barselona”nın hücumçusu Lionel Messi haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Aymar, Messinin “Barselona”ya olan sədaqətindən danışıb:

“Messi “Barselona”da xoşbəxtdir. Xoşbəxt olmaq, futboldan zövq almaq və daim qazanmaq üçün çalışmaq asan deyil. Onun “Barselona”ya olan sədaqətini görürəm. Kim Messinin vəfasına şübhə edə bilər? Heç vaxt bu barədə şübhəm olmayıb. Mən onun oyununu izləməkdən zövq alıram. Messinin başqa bir komandada da çıxış etməsini istəyərdim. Harda olsa, onu izləməkdən zövq alacağımı bilirəm”.