“Marsel” Argentina millisinin sabiq baş məşqçisi ilə razılaşdı

Argentina milli komandasının sabiq baş məşqçisi Xorxe Sampaoli Fransada çalışacaq.

Komanda.az xəbər verir ki, 60 yaşlı mütəxəssis “Marsel” klubu ilə razılaşıb. Tərəflər arasında 2,5 illik müqavilə imzalanacaq. “Marsel” Sampaolinin təyinatını yaxın zamanda açıqlayacaq.

Daha əvvəl Çili və Argentina milli komandalarını, İspaniya “Sevilya”sını çalışdıran Sampaoli hazırda Braziliyanın “Atletiko Mineyro” klubundadır.

“Marsel” hazırda Liqa 1-də 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button