“Messi gün ərzində 1000 kəklik vuran ovçu kimidir”

Argentina milli komandasının keçmiş baş məşqçisi Sezar Luis Menotti “Barselona”nın futbolçusu Lionel Messi haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Menotti, azarkeşlərin Messiyə çox yükləndiyini deyib:

“Messi gün ərzində 1000 kəklik vuran ovçu kimidir. 999 dənə vursa, o demək deyil ki, pisdir. Onun hər zaman nəyisə həll etməsini gözləyə bilməzsiz.

Messi üçün yox, “Barselona” üçün narahatam. Kike Setyen yeni gəlib. O, yarımmüdafiəni qurmaq üzrədir. Ancaq indi Xavi və İnyesta kimi futbolçuları tapmaq çətindir”.