“Messi dedi ki, koronavirus ona güclü təsir edib”

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığmaya dəvət almayan Lionel Messi haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Skaloni, koronavirusun Messiyə güclü təsir etdiyini deyib:

“Hamımız Messinin bizimlə olmasını istərdik. Onunla danışdım və koronavirusun ona güclü təsir etdiyini dedi. Əsas olan Messinin sağlamlığıdır. Buna görə, onun klubda qalmasının daha məqsədəuyğun olduğuna qərar verdik”.

Messi bir müddət əvvəl koronavirusa yoluxub və sağalıb.