Argentina futbolunda köhnə-yeni rəhbər

Argentina Futbol Federasiyasında yeni prezident seçkiləri keçirilib.

Komanda.az xəbər verir ki, Klaudio Tapiya yenidən qurumun prezidenti seçilib.

52 yaşlı futbol funksioneri 2021-2025-ci illər aralığında da federasiyaya rəhbərlik edəcək. O, 2017-ci ilin mart ayından Argentina Futbol Federasiyasına prezidentlik edir.

Qeyd edək ki, Tapiya həm də Buenos-Ayres təmsilçisi “Barrakas Sentral” klubunun prezidentidi.