Ardıcıl 5-ci çempionluq

AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan yarışlardan ikisində çempion elan olunan “Qəbələ” U-16 və U-15 liqalarında hegemonluğunu davam etdirib.

Komanda.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, ardıcıl 5-ci dəfə U-16 Liqanın qızıl medallarına “qırmızı-qaralar” yiyələnib.

Komanda 2015/16 mövsümündən başlayaraq hər dəfə 1-ci yeri tutur. Son illərin dəyişməz çempionu olan “Qəbələ” 2011/12 mövsümündən keçirilən U-16 Liqada daim ilk iki yerdən birində qərarlaşıb. “Qırmızı-qaralar”ın aktivində 9 mövsümdən yeddisində (2012/13, 2013/14, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20) qızıl, ikisində (2011/12, 2014/15) gümüş medaldı.

U-15 Liqasında da “Qəbələ” təmsilçiləri mükafatçılar sırasına düşmək seriyasına malikdi. 2008/09 mövsümündən keçirilən yarışın ilk dörd yarışında uğur qazanmayan “Qəbələ” son 8 turnirdə mükafatsız qalmayıb. 2012/13, 2013/14, 2015/16 və 2016/17 mövsümlərinin çempionu olan “qırmızı-qaralar” 2019/20 mövsümündə qızıl medalların sayını 5-ə çatdırıb. 2014/15, 2017/18 və 2018/19 mövsümlərində isə yalnız çempiondan geri qalan əyalət futbolçuları ikinci yerə sahib çıxıb.

Bir sözlə, U-16 və U-15 liqalarında baş tutan 21 turnirdə “Qəbələ”nin komandaları 12 qızıl, 5 gümüş mükafata yiyələnib və yalnız 4 dəfə “üçlük”dən kənar qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button