“Araz”ın rəqibləri bəlli oldu – ÇL-də

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019/20 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.

Yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq.

Qeyd edək ki, püşkatmanın səfiri Argentina millisinin sabiq üzvü Xavyer Saviola olub. Futbol ulduzunun seçilməsi təsadüfi deyildi. O, 2018-ci ildən Andorranın “Encamp” klubunda çıxış edir və çempion olub. Saviola yeni mövsümdə komandası ilə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq.

A yolunda mübarizə aparacaq digər qrupların tərkibi belədi:

1-ci qrup
Sportinq (Portuqaliya)
Ekonomac (Serbiya)
Doboveç (Sloveniya)
Mostar (Bosniya və Herseqovina)

3-cü qrup
Barselona (İspaniya)
Ayat (Qazaxıstan)
Tümen (Rusiya)
Vytis (Litva)

4-cü qrup
Kayrat (Qazaxıstan)
Mursiya (İspaniya)
KPRF (Rusiya)
Berettyoujfalu (Macarıstan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button