“Araz”ın ÇL oyunlarını idarə edəcək hakimlər bəlli oldu

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz”ın (Naxçıvan) yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Komanda.az xəbər verir ki, bu qrupun oyunlarında Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan) və Deyan Veseliç (Sloveniya) ədaləti təmsil edəcəklər. Stefan Kammerer (Almaniya) UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor olacaq.

Uraqan (Ukrayna) – Araz
28 oktyabr. İvano – Frankivsk. 20:00

Araz – Yunayted Qalati (Rumıniya)
29 oktyabr. İvano – Frankivsk. 15:00

Liqeni (Kosovo) – Araz
31 oktyabr. İvano – Frankivsk. 16:00

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button